Azərbaycanın Moldovadakı səfirliyi qarşısında Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib - FOTO

Azərbaycanın Moldovadakı səfirliyi qarşısında Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 26 fevral 2013 13:44 (UTC +04:00)

Bakı – APA. Bu gün Azərbaycanın Moldovadakı səfirliyinin qarşısında Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə Türkiyənin Moldovadakı səfiri Mehmet Səlim Kartal, Moldovanın ombudsmanı Aureliya Qriqoriu, Moldovanın Azərbaycandakı səfiri İon Robu, “Memorial” assosiasiyasının sədri Anjela Skripkaraş, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov, bu ölkədəki türk və azərbaycanlı diasporlarının üzvləri, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri açıq elan edən Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev Xocalı soyqırımı haqqında iştirakçılara ətraflı məlumat verib. Bundan başqa, Kişinyov məscidində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehsan verilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR