Ukraynanın keçmiş prezidenti: “Ötən il Rusiya ilə ticarət əlaqələrində 3 milyard dollar itirmişik”

Ukraynanın keçmiş prezidenti: “Ötən il Rusiya ilə ticarət əlaqələrində 3 milyard dollar itirmişik”
# 29 aprel 2015 07:24 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Bakı III Qlobal Forumu çərçivəsində təşkil olunan paneldə çıxış edən Ukraynanın sabiq prezidenti Leonid Kuçma deyib.

L. Kuçma bildirib ki, Rusiya Ukraynanı özündən uzağa buraxmaq istəmir: “Bunu hamı bilir. Geosiyasi cəhətdən Rusiya və Ukrayna bir-birinə bağlıdır. Azərbaycanın 20 faiz torpaqları işğal olunub, üstəgəl Ukrayna problemi... Hazırda heç kimdə “Beynəlxalq qurumlar nəsə edə bilər” fikri yoxdur. Biz Rusiya ilə müharibə apara bilmərik, bu, mümkünsüzdür. Başqa yollar axtarmalıyıq. Bizim qarşımıza sülh üçün qəbul olunmaz şərtlər qoyulub. Dünən burada Rusiya nümayəndəsi Ukraynanın gələcəkdə federasiya olacağını dedi. Onun diqqətinə çatdırmaq istəyirəm ki, tarixdə heç bir ölkədə federasiya yuxarıda yaranmayıb, federasiya həmişə aşağıdan yaranıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR