Prezident İlham Əliyev Tetçerin vəfatı ilə əlaqədar Böyük Britaniyanın baş nazirinə başsağlığı verib

Prezident İlham Əliyev Tetçerin vəfatı ilə əlaqədar Böyük Britaniyanın baş nazirinə başsağlığı verib
# 09 aprel 2013 15:20 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kamerona məktub göndərərək Marqaret Tetçerin vəfatı ilə əlaqədar başsağlığı verib. APA-nın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab baş nazir. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının keçmiş baş naziri, görkəmli siyasi və dövlət xadimi xanım Marqaret Tetçerin vəfatı xəbəri məni olduqca kədərləndirdi. XX əsrin dünya siyasətinin parlaq simalarından biri olan xanım Marqaret Tetçer Mühafizəkarlar Partiyasının çoxillik rəhbəri və baş nazir qismində Birləşmiş Krallığın tarixində silinməz iz qoyub. Marqaret Tetçer Azərbaycanla Birləşmiş Krallıq arasında əlaqələrin təşəkkülünə və genişlənməsinə, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafına böyük töhfə verib. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və Birləşmiş Krallığın bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR