Bakıda Kann şəhərinin turizm imkanlarına həsr olunmuş təqdimat keçirilib

Bakıda Kann şəhərinin turizm imkanlarına həsr olunmuş təqdimat keçirilib
# 15 aprel 2013 14:20 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. Fransanın Kann şəhərinin nümayəndə heyəti Bakıda turizm imkanlarına həsr olunmuş təqdimat keçirib. APA-nın məlumatına görə, nümayəndə heyətinə rəhbərlik edən Kann merinin müavini, Festivallar və Konqreslər Sarayının prezidenti David Lisnar bildirib ki, Azərbaycan və Kann çəhərinin turzim sahəsində əməkdaşlığı üçün böyük potensialı mövcuddur.

“Bu gün Kann beynəlxalq brendə çevrilib. Bu şəhər Lacivərd Sahildə ən populyar və tanınmış kurort hesab olunur və festivalları ilə məşhurdur”.

David Lisnar bildirib ki, Kann Azərbaycandan turistlər cəlb etməkdə maraqlıdır.

Festivallar və Konqreslər Sarayının marketinq direktoru İzabel Qanj bu turizm marşrutunun seçiminin üstünlükləri barədə danışıb. O azərbaycanlı turistlərin Kanna aviareyslə İstanbul və ya Parisdən gələ biləcəyini, otel seçiminin çox böyük olduğunu söyləyib. Bu böyük şəhərdə 130-dan artıq üç ulduzlu rahat otellərdən tutmuş “lyuks” tipli otellər var.

Daha sonra “Majestic”, “JW Marriott”, “Intercontinental Carlton” və digər tanınmış otellər şəbəkələrinin rəhbərləri öz otelləri ilə bağlı təqdimat keçiriblər.

David Lisnar jurnalistlərə bildirib ki, Kann böyük tədbirlərin keçirilməsində topladığı təcrübəni Azərbaycanla bölüşməyə hazırdır: “Bakının irimiqyaslı tədbirlər və festivallar keçirmək üçün müəyyən üstünlükləri var. Bakı dinamik inkişaf edən, multikultural şəhərdir. Kann isə Kanndır, çünki burada eyniyyət və orijinallıq nümayiş olunur. Bu xüsusiyyətlər Bakıda da var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR