Estoniyada təhsil almaq imkanı yaradılıb

Estoniyada təhsil almaq imkanı yaradılıb
# 30 mart 2013 09:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan və Estoniyanın təhsil nazirlikləri arasında mövcud sazişə uyğun olaraq Estoniya Hökuməti Azərbaycan tələbələri üçün təqaüd proqramı elan edir. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təqaüd proqramı ixtisasından asılı olmayaraq bütün Azərbaycan ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün açıqdır. Yol xərcləri tələbələr, təhsil haqqı və Estoniyada yaşama xərcləri isə dəvət edən tərəfindən ödənilir. Proqramda iştirak şərtlərinə cavab verən və seçdikləri universitetdən dəvət məktubu almış namizədlər 15 aprel 2013-cü il tarixindən gec olmayaraq Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi İlham Hümbətova müraciət etməlidirlər.

Təqaüd proqramı barədə əlavə məlumat üçün aşağıdakı internet ünvanına müraciət edə bilərlər: http://www.studyinestonia.ee/study/scholarships/bilateral-agreements/azerbaijan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR