“Atasport” Çempionlar Kubokunda keçirdiyi ilk oyunda uduzub

“Atasport” Çempionlar Kubokunda keçirdiyi ilk oyunda uduzub
# 29 mart 2013 14:55 (UTC +04:00)

Bakı – APA. Almaniyanın Hamburq şəhərində qadın otüstü hokkeyçilər arasında Avropa Çempionlar Kuboku start götürüb. Apasport.az saytının məlumatına görə, qitənin güclülər dəstəsində Azərbaycanı “Atasport” klubu təmsil edir.

İlk tur komandamız üçün uğurlu alınmayıb. Belə ki, B qrupunda mübarizə aparan Bakı təmsilçisi birinci görüşünü yerli “Rot-Veyss”ə qarşı keçirib və 1:3 hesabı ilə uduzub. Qrupumuzun digər cütündə isə “Laren” (Hollandiya) və “Lester”ə (İngiltərə) 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, sabah keçiriləcək II turda hokkeyçilərimizin rəqibi “Laren” olacaq. Təmsilçilərimiz qrupda son görüşlərini martın 31-də Hollandiyanın “Lester” komandasına qarşı keçirəcək. Aprelin 1-də A və B qruplarında 3-4-cü yerləri tutanlar çarpaz üsulla bir-biri ilə qarşılaşacaqlar. İlk 2 yerin sahibləri də eyni qayda ilə görüşəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR