Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb
# 05 fevral 2013 13:47 (UTC +04:00)

Bakı-APA. Beynəlxalq Сüdo Federasiyası fevral ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda Azərbaycan yığmasının aparıcı cüdoçuları rəqiblərinin geriləməsi səbəbindən irəliləyiblər.


Belə ki, Peter Zayzenbaherin yetirmələri yarışda iştirak etməsələr də, onlardan 5-i irəliləməyi bacarıb. Tərlan Kərimov (66 kq) 3 pillə yuxarı qalmaqla 17-ci yerə yüksəldiyi halda, Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Elnur Məmmədli (81 kq) və Elmar Qasımov (100 kq) hərəyə 1 “addım” qabağa gediblər. Onlar hazırda müvafiq olaraq, 26-cı, 14-cü, 11-ci və 22-ci yerləri tuturlar.

4 cüdoçumuz isə geriləyib. Onlardan təəccüb doğuranı Elxan Məmmədovdur (90 kq). Son illər ilk “10-luqda” yer alan təmsilçimiz 4 pillə aşağı düşməklə “20-liyi” də tərk edib – 23-cü yer. Ondan əlavə, İlqar Müşkiyevlə (60 kq) Ramilə Yusubova (63 kq) hərəyə 2, Kifayət Qasımova (57 kq) 1 rəqibini özündən qabağa buraxıb. İdmançılarımız müvafiq olaraq, 10-cu, 22-ci və 13-cü yerlərdə qərarlaşıblar.

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR