Səfir: “İran Gəncə şəhəri ilə bir necə sahədə əməkdaşlıq edə bilər”

Səfir: “İran Gəncə şəhəri ilə bir necə sahədə əməkdaşlıq edə bilər”
# 03 may 2013 10:51 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Gəncədə jurnalistlərə açıqlamasında bildirib. O, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə tikinti-quruculuq işlərinin sürətlə getdiyinin şahidi olduğunu da bildirib: “İran müxtəlif tikinti materialları ixrac edən ölkədir. Bunu nəzərə alaraq biz bu sahədə geniş əməkdaşlıq edə bilərik”.

Səfir qida sənayesi və kənd təsərrüfatı məhsulları sahəsində də əməkdaşlığın mümkünlüyünü qeyd edib. Diplomatın sözlərinə , İran bir çox məsələlərdə Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır: “Bunlardan ən başlıcası isə iqtisadi sahədir. Azərbaycanda qeydiyyatda olan təxminən 200 İran şirkəti fəaliyyət göstərir. İki ölkə arasında indiyədək təxminən 80 əməkdaşlıq sənədi imzalanıb. Gəncədə də iranlı sahibkarlar fəaliyyət göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR