Bakı Şəhər Dövlət Yol Polisi növbəti dəfə sürücülərə müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi növbəti dəfə sürücülərə müraciət edib
# 22 fevral 2013 10:30 (UTC +04:00)

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, BŞDYP sürücülərin diqqətinə çatdırır ki, paytaxt yollarında nəqliyyatın intensiv hərəkətini bərpa etmək üçün “Yol hərəkəti haqqında” qanunla qadağan olunan yerlərdə avtomobil saxlayan sürücülər barəsində ciddi tədbirlər görüləcək: “Belə ki, dayanma-durmanı, parklanmanı qadağan edən yol nişanlarının təsir zonasında , eləcə də yolun hərəkət hissəsində ikinci cərgədə, avtobus dayanacaqlarında, yolların kəsişmə nöqtəsinə yaxın məsafədə, piyada səkilərində, piyada zolaqları üzərində saxlanılan avtomobillər evakuasiya edilməklə yanaşı həm də Patrul Xidməti maşınlarında quraşdırılan “bort” kompüterlər vasitəsi ilə fotoları çəkiləcək və hazırlanan fotomaterial üzrə protokol tərtib ediləcək. Törədilən xəta üzrə cərimə məbləğinin ödənilməsi üçün tərtib olunan protokol avtomobilin ön şüşəsinə yerləşdiriləcək”.

Sürücülərdən diqqətli olmaları və avtomobilləri icazə verilən yerlərdə düzgün park etmələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR