Müsavat başqanı İsa Qəmbər gənclərlə görüşüb

Müsavat başqanı İsa Qəmbər gənclərlə görüşüb
# 17 mart 2013 13:56 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Müsavat Partiyasının qərargahında təşkilatın başqanı İsa Qəmbərin gənclərlə görüşü keçirilib. APA-nın məlumatına görə, Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Tural Abbaslı görüşdə yalnız partiyanın gənclərinin deyil, bitərəf gənclərin də iştirak etdiyini deyib.

Müsavat başqanı İsa Qəmbər çıxışında ölkədəki ictimai-siyasi vəziyyət və problemlərdən danışıb. İ. Qəmbər bildirib ki, ölkədə səhiyyə, təhsil və digər sahələrdə çoxsaylı problemlər mövcuddur və hakimiyyətə gələcəyi təqdirdə bu problemlərin həllinə çalışacaq.

Gənclərin böyük qüvvə olduğunu və ictimai-siyasi proseslərdə fəal iştirak etdiyini deyən Müsavat başqanının sözlərinə görə, gənclərin problemləri ilə bağlı konkret planlar da nəzərdə tutulub: “İlk növbədə gənclərin təhsil sahəsindəki problemləri aradan qaldırılmalıdır. Ödənişli təhsil alan gənclərə kreditlər verilə bilər. Bu xaricdəki təhsilə də aiddir. Eyni zamanda gənclərin mənzil problemlərini də həll etmək lazımdır”.

İ. Qəmbər həmçinin partiyanın seçki platformasının yaxın zamanlarda hazır olacağını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR