Yekaterinburqda tənha qocaları aldadaraq evlərini ələ keçirən Azərbaycan vətəndaşı 22 il müddətinə azadlıqdan məhrum edilib

Yekaterinburqda tənha qocaları aldadaraq evlərini ələ keçirən Azərbaycan vətəndaşı 22 il müddətinə azadlıqdan məhrum edilib
# 27 dekabr 2012 14:31 (UTC +04:00)

APA-nın məlumatına görə, Zülfüqar Salahov və onunla birgə yaşayan Olqa Teleqina Yekaterinburqda tənha həyat sürən iki yaşlı qadını aldadaraq onların evlərini qanunsuz yolla ələ keçiriblər. Evə daxil olaraq aldatma yolu ilə evin sənədlərini öz adlarına keçirən bu şəxslər daha sonra ev sahiblərini evdən çıxarıb, onları Sverdlovsk vilayətinin ucqar yerlərində girov saxlayıblar. Zülfüqar Salahov və Olqa Teleqina evləri satdıqdan sonra girov saxladıqları ev sahibələrini qətlə yetiriblər. Məhkəmə Zülfüqar Salahovu 22, Olqa Teleqinanı 6, cinayətin törədilməsində onlara kömək etmiş Dmitri Sidorçuku isə 7 il müddətinə azadlıqdan məhrum edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR