Dünyada 2030-cu ilədək xəstəliklərlə bağlı gözlənilən proqnoz açıqlanıb

Dünyada 2030-cu ilədək xəstəliklərlə bağlı gözlənilən proqnoz açıqlanıb
# 16 aprel 2013 09:41 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2013–2020-ci illəri əhatə edən Milli Strategiyanın ilkin layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masada çıxışında deyib. O bildirib ki, belə meyllərin nəticəsi kimi il ərzində qeyri-infeksion xəstəliklərdən ölənlərin ümumi sayının 2030-cu ilə kimi 55 milyonadək artması proqnozlaşdırılır: “Dünyada hər il təxminən 6 milyon insan tütünlə bağlı səbəblərdən dünyasını dəyişir. Bu rəqəmin 2030-cu ilədək 8 milyonadək artması gözlənilir”.

Nazirlik rəsmisinin sözlərinə görə, hər il baş verən təxminən 3,2 milyon ölüm halı kifayət qədər olmayan fiziki aktivliyə aid edilə bilər.

“Təxminən 1,7 milyon ölüm halı meyvə və tərəvəz istehlakı səviyyəsinin aşağı olması ilə izah edilir. Dünyada hər il 2,8 milyon insan artıq bədən çəkisi və piylənmə nəticəsində ölür”, - deyə C.Məmmədov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR