Putin: “Rusiya ilə ABŞ arasında qarşıdurma dünyanı təhlükəli şəraitə sürükləyir”

Putin: “Rusiya ilə ABŞ arasında qarşıdurma dünyanı təhlükəli şəraitə sürükləyir”
# 18 iyun 2016 00:01 (UTC +04:00)

Bakı-APA. Rusiya ilə ABŞ arasında hərbi sahədə müşahidə edilən qarşıdurma dünyanı yeni şəraitə sürükləyir.

APA-nın TASS agentliynə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin informasiya agentlikləri rəhbərləri ilə görüşündə deyib.

“İnsanlar sanki təhlükəni hiss etmirlər. Bu məni çox narahat edir. Problem odur ki, biz dünyanı tamamilə yeni şəraitə sürükləyirik. Mən bilmirəm bunu digər ölkələrdən olan həmkarlarıma necə anladım. ABŞ-ın Avropada raket əleyhinə müdafiə sistemləri yerləşdirməsi nə ilə nəticələnəcək, bilmirəm. Dəqiq onu bilirəm ki, biz cavab verməli olacağıq. Biz özümüzün təhlükəsizliyimizi təmin etməklə yanaşı dünyada strateji balansı təmin etməliyik. Bu, çox vacibdir”, deyə V.Putin bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR