İranda 2 milyon narkotik aludəçisi, 200 min nəfər alkoqolizm xəstəsi var

İranda 2 milyon narkotik aludəçisi, 200 min nəfər alkoqolizm xəstəsi var
# 19 fevral 2013 14:20 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “İranda 2 milyon narkotik aludəçisi, 200 min nəfər isə alkoqolizm xəstəliyindən əziyyət çəkən var”. APA-nın “RadioFarda”ya istinadən məlumata görə, bu barədə İran hüquq-mühafizə qüvvələrinin komandanı, general İsmayıl Əhmədi Müqəddəm açıqlama verib.

O bildirib ki, ölkədə narkotik aludəçilərinin yaş həddində dəyişiklik var: “Əvvəlki illərlə müqayisə İranda bu gün ağır narkotik maddədən istifadə edənlərin sayı artıb. Rəsmi statistikaya görə, ölkəmizdə narkomaniyadan əziyyət çəkən xəstələrin sayı 1 milyon 300 min, əyləncə məqsədilə hərdən bir narkotik maddə qəbul edənlərin sayı isə 700 min nəfərdir. Ümumilikdə isə əhalimizin 2 milyon nəfəri narkotik aludəçisidir. Araşdırmalar göstərir ki, kimyəvi maddələrdən istehsal olunan narkotik maddələr daha çox Tehranda və İslamşəhrdə hazırlanır. Son dövrlər Qərbi Azərbaycan vilayətində də bu cür narkotik maddələr istehsal edilməyə başlayıb”. İ.Ə.Müqəddəm əlavə edib ki, narkomaniyadan əziyyət çəkən xəstələrin müalicəsi üçün fəaliyyət göstərən tibb mərkəzlərinin sayı yetərli deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR