Azərbaycanda “Böyük İqtisadi Ensiklopediya” dərc edilib - FOTOSESSİYA

Azərbaycanda “Böyük İqtisadi Ensiklopediya” dərc edilib - <span style="color: red;">FOTOSESSİYA
# 10 aprel 2013 11:45 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda 5 cildlik “Böyük İqtisadi Ensiklopediya”nın təqdimat mərasimi keçirilib.

APA-Economics”in xəbərinə görə, ensiklopediyanın baş redaktoru Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadədir.

Tədbirdə bildirilib ki, ensiklopediyada 10 minə yaxın termin və iqtisadi anlayışlar verilib. Bundan əlavə, ensiklopediyada dünya iqtisadiyyatı və xüsusən Azərbaycan iqtisadiyyatının tarixi, cari vəziyyəti, makro və mikroiqtisadi göstəricilər, cədvəllər və qrafiklər təqdim olunur ki, bu da ensiklopediyanı çox faydalı edir. Məsələn, ensiklopediyada dünya maliyyə və iqtisadi böhranının tarixçəsi, xüsusiyyətləri və Azərbaycanın böhrandan ciddi təsir görməməsinin səbəbləri də təhlil olunub göstərilir. Ensiklopediyanın digər özünəməxsus xüsusiyyəti bir sıra elmlərlə, o cümlədən riyaziyyat, tarix, sosiologiya, nanotexnologiya və s.-lə qarşılıqlı əlaqədə olan, bu elm sahələrində əldə edilən aparıcı ideyaların iqtisadi-sosial həyatda tətbiqi ilə iqtisadiyyat elmində baş verən ən son tərəqqiyə, elmi nəticələrinə yer verməsidir.

Təqdimatda çıxış edən AMEA-nın prezident əvəzi Akif Əlizadə, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov, parlament üzvləri və tanınmış iqtisadçılar “Böyük İqtisadi Ensiklopediya”nın yaradılmasının vacibliyini vurğulayaraq, ölkənin sosial-ictimai və iqtisadi həyatında tarixi hadisə olduğunu bəyan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR