Azərbaycanın ABŞ-dakı səfiri yəhudi icmasının üzvlərini ermənipərəst mövqedən çıxış etməməyə çağırıb

Azərbaycanın ABŞ-dakı səfiri yəhudi icmasının üzvlərini ermənipərəst mövqedən çıxış etməməyə çağırıb
# 04 mart 2013 08:55 (UTC +04:00)

Vaşinqton. N. Kazımova-APA. “İctimaiyyətlə Əlaqələr üzrə Amerika-İsrail Komitəsinin üzvlərini yaşadıqları ştatları təmsil edən Konqres üzvlərinə müraciət etməyə və ermənipərəst lobbist qruplaşmaların təsirinə düşməməyə çağırıram”. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, bu fikirləri Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Vaşinqtonda İctimaiyyətlə Əlaqələr üzrə Amerika-İsrail Komitəsinin (AİPAC) illik toplantısında çıxışı zamanı deyib.

“Azərbaycan öz tərəfindən İsraillə münasibətlərdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Biz istərdik ki, AİPAC-ın ABŞ-da İsrailin maraqlarını təmsil edən nümayəndələri və bizə yaxın olan siyasətçilər ermənipərəst və Azərbaycan əleyhinə mövqelərdə çıxış etməsinlər”.

Səfir fikirlərinə misal olaraq AİPAC üzvlərinin dəstəklədiyi konqresmen Bermanın Azərbaycana ABŞ istehsalı olan hərbi-dəniz avadanlığının verilməsinə qarşı səylərini göstərib. Qeyd edək ki, Azərbaycanın Ermənistanla dəniz sərhədləri olmasa da, konqresmen Berman iddia edir ki, bu Azərbaycan qeyd olunan avadanlıqdan Ermənistana qarşı istifadə oluna bilər. Səfir həmçinin senator Menendezin səyləri nəticəsində ABŞ-ın Azərbaycana il yarım səfir təyin edə bilməməsini misal çəkib.

Qeyd edək ki, bu çağırış Çarlz Perkins tərəfindən dəstəklənib və müzakirə olunan məsələlərin ABŞ Konqresinin nümayəndələri ilə lobbi məqsədli görüşlərdə xatırladılmasını vacib sayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR