Azərbaycanda gömrük yığımları yanvarda 15% artıb

Azərbaycanda gömrük yığımları yanvarda 15% artıb
# 26 fevral 2013 09:14 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 89,542 mln. manat vəsait köçürülüb.

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin yanvar ayına nisbətən daxilolmaların həcmi 15,1% artıb.

Yanvar ayında DGK xətti ilə büdcə daxilolmalarının 66,890 mln. manatı ƏDV, 17,885 mln. manatı gömrük rüsumları, 3,532 mln. manatı aksizlər, 1,235 mln. manatı isə yol vergisinin payına düşüb. Ötən ilin eyni dövrünə nisbətən ƏDV üzrə yığımlar 7,3%, gömrük rüsumları 85%, yol vergisi 15,9% artıb, aksizlər üzrə yığımlar isə 25,3% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR