AMEA magistraturasına qəbul olanların qeydiyyatı başlayır

AMEA magistraturasına qəbul olanların qeydiyyatı başlayır
# 24 iyun 2016 09:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) magistraturaya qəbul olanlara müraciət edib.

AMEA-dan APA-ya verilən xəbərə görə, akademiyanın magistraturasına qəbul olanlar iyunun 28-dən iyulun 11-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) müvafiq sənədləri təqdim etməklə, AMEA-da qeydiyyatdan keçməlidirlər. Bu sənədlərə Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin adına ərizə, səxsiyyət vəsiqəsinin əsli və surəti, bakalvr diplomunun əsli və surəti (2016-cı ilin məzunları ali təhsil müəssəsini bitirmək haqqında arayış təqdim etməlidirlər) daxildir.

Yuxarıda göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyənlər qəbul olunanların siyahısından xaric ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR