İran ABŞ-a başsağlığı verib

İran ABŞ-a başsağlığı verib
# 18 aprel 2013 23:31 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran ABŞ-ın Texas ştatındakı gübrə zavodunda baş vermiş partlayışla bağlı başsağlığı verib. APA-nın İRİB-ə istinadən məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki, ölkəsi hadisə nəticəsində ABŞ vətəndaşlarının həlak olmasından və yaralanmasından təəssüflənir, başda uşaqlar olmaqla xəsarət alan şəxslərə Allahdan şəfa diləyir.

Qeyd edək ki, partlayış nəticəsində 70 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR