Bank Of Baku

AÇG-dən indiyədək 453 mln. ton neft və 144 mlrd. kubmetr qaz hasil edilib

AÇG-dən indiyədək 453 mln. ton neft və 144 mlrd. kubmetr qaz hasil edilib
# 23 aprel 2018 09:19 (UTC +04:00)

"Azəri-Çıraq-Günəşli" yatağından indiyədək 453 milyon ton neft və 144 milyard kubmetr qaz hasil edilib".

 

"APA-Economics" məlumatına görə, bunu bu gün SOCAR-ın I vitse-prezidenti Xosbəxt Yusifzadə Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə SOCAR-ın III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neftkimya" Forumunun çıxışında bildirib.

 

Onun sözlərinə görə, artıq 19-cu ildir ki, Azərbaycan "Azəri-Çıraq-Günəşli" yatağından mənfəət vergisindən gəlir əldə edilib.

 

"2018-ci il aprelin 1-dək dünya bazarlarına Azərbaycanın payına düşən 256 milyon ton mənfəət nefti satılıb", - deyə X.Yusifzadə vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR