Gənc rəssamların “XXI əsrin Azərbaycanı” mövzusunda sərgisinin açılışı olub

Gənc rəssamların “XXI əsrin Azərbaycanı” mövzusunda sərgisinin açılışı olub
# 04 fevral 2013 13:37 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva – APA. Azərbaycan Rəssamlar İttifaqında gənc rəssamların “XXI əsrin Azərbaycanı” mövzusunda sərgisinin açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə 196 gənc rəssamın 350-yə qədər əsəri nümayiş olunub.

Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov gənc rəssamları təbrik edərək, belə sərgilərin keçirilməsinin ənənəyə çevrildiyini deyib. Onun sözlərinə görə, budəfəki sərgidə daha çox gənc rəssam iştirak edib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev sərgilərin əsas məqsədinin gənc rəssamların əsərlərinin nümayiş olunması və istedadlı gənclərin üzə çıxarılması yolunda böyük addım olduğunu vurğulayıb.

Sərgidə həmçinin 38 gənc rəssam Rəssamlar İttifaqının tərkibində fəaliyyət göstərən Gənclər Birliyinə qəbul olunub.

Qeyd edək ki, sərgi 3 gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR