Qubada 45 yaşlı kişi bıçaqlanıb

Qubada 45 yaşlı kişi bıçaqlanıb
# 16 mart 2013 08:17 (UTC +04:00)

Quba. Vəli Turan-APA. Dünən axşam saatlarında Qubanın Zərdabi qəsəbəsində bıçaqlanma faktı qeydə alınıb. APA-nın Şimal bürosunun verdiyi məlumata görə, 1968-ci il təvəllüdlü qəsəbə sakini Əmirov Hidayət Əmir oğlu bıçaqlanıb. O, dərhal Quba Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Yaralıya döş qəfəsinin, bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xəstəxanadan verilən məlumata görə, xəsarət alanın vəziyyəti orta-ağırdır. H. Əmirovun hansı şəraitdə və kim tərəfindən bıçaqlanması araşdırılır. Ona xəsarət yetirən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR