Azərbaycanın Avropa Birliyi ilə ticarət dövriyyəsi 14% azalıb

Azərbaycanın Avropa Birliyi ilə ticarət dövriyyəsi 14% azalıb
# 29 mart 2013 07:37 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin böyük hissəsi Avropa Birliyi ölkələrinin payına düşüb.

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ilk iki ayda Azərbaycanın 5 616 970,13 min dollarlıq ümumi ticarət dövriyyəsinin 2 305 275,36 min dolları və ya 41,04%-i Avropa Birliyi dövlətləri, 599 569,38 min dolları və ya 10,67%-i MDB ölkələri, 2 712 125,39 min dolları və ya 48,28%-i isə digər xarici ölkələrin payına düşüb.

Ötən ilin ilk iki ayı ilə müqayisədə digər xarici ölkələrlə ticarət əməliyyatları 20%, MDB ölkələri ilə 17,98% artıb, Avropa Birliyi ilə ticarət dövriyyəsinin həcmi isə 13,94% aşağı düşüb.

Yanvar-fevral aylarında MDB ölkələri ilə mənfi saldo 148 620,7 min dollar, Avropa Birliyi ilə müsbət saldo 1 504 928,16 min dollar, digər ölkələrlə müsbət saldo 1 394 399,69 min dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR