Bank Of Baku

Bu il Gürcüstana 480 minə yaxın Azərbaycan vətəndaşı səfər edib - YENİLƏNİB

Bu il Gürcüstana 480 minə yaxın Azərbaycan vətəndaşı səfər edib - <span style="color: red;">YENİLƏNİB
# 03 may 2018 15:56 (UTC +04:00)

Bu ilin ilk 4 ayında Azərbaycan Gürcüstana səfər etmiş əcnəbi ziyarətçilərin sayı baxımından birinci yeri tutub.

 

Gürcüstanın Milli Turizm Adminstrasiyasından APA-nın yerli bürosuna verilən məlumata əsasən, yanvar-aprel aylarında Azərbaycandan ölkəyə səfər edənlərin sayı 479 019 nəfər təşkil edib.

 

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan qonşu ölkəyə səfər edənlərin sayında 2 439 nəfər və ya 0,5% azalma qeydə alınıb. Təkcə aprel ayında isə Gürcüstana Azərbaycandan 125 087  nəfər səfər edib.

 

Gürcüstana ən çox səfər olunmuş ölkələrin ilk üçlüyünə Azərbaycandan sonra Ermənistan (417 142 nəfər) və Türkiyə (409 040 nəfər) daxildir.

 

Yanvar-aprel aylarında qonşu ölkəyə ümumilikdə 2 060 264 nəfər (+15,9%) əcnəbi ziyarətçi səfər edib. Onların 937 370 nəfərini turistlər təşkil edib.

 

 

***

14:21

Ötən ay Gürcüstana 596 703 əcnəbi ziyarətçi səfər edib.

 

APA-nın yerli bürosu Gürcüstanın Milli Turizm Administrasiyanın məlumatına istinadla xəbər verir ki, bu, ötən ilin aprel ayı ilə müqayisədə 85 960 nəfər və ya 16,8% çoxdur.

 

Gürcüstanda 24 saat və ya ondan çox müddətdə olmuş turistlərin sayı isə 278 032 nəfər (+24,9%) təşkil edib.

 

Aprel ayında Azərbaycandan qonşu ölkəyə səfər edənlərin sayında 10,4% artım qeydə alınıb.

 

Gürcüstana Azərbaycandan sonra ən çox səfər Rusiya, Türkiyə, Ermənistan və İrandan edilib.

 

Yanvar-aprel aylarında isə Gürcüstana 2 060 264 nəfər (+15,9%) əcnəbi ziyarətçi, 937 370 nəfər turist (+27,2%) səfər edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR