Pakistanın şimal-qərbində baş verən iki partlayış nəticəsində yeddi nəfər həlak olub.
Bu barədə AFP polisə istinadən məlumat yayıb.
Bannu dairəsinin polis rəisi Yasir Afridi bildirib ki, ilk partlayış sərnişin daşıyan pikapın uzaqdan idarə olunan əldəqayırma partlayıcı qurğu ilə hədəfə alınması nəticəsində baş verib.
“İlk partlayış sərnişinləri daşıyan pikapın uzaqdan idarə olunan əldəqayırma partlayıcı qurğu ilə vurulması zamanı baş verib. İkinci partlayış yaralıları xəstəxanaya aparan avtomobilin yanında qeydə alınıb”, – Yasir Afridi bildirib.
Polisin məlumatına görə, hər iki partlayış nəticəsində ümumilikdə 7 nəfər ölüb.