Kiprin maliyyə naziri istefa verib

Kiprin maliyyə naziri istefa verib
# 02 aprel 2013 15:35 (UTC +04:00)

Bakı - APA-Economics. Kiprin maliyyə naziri Mixalis Sarris istefa verib. “APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, prezident Nikos Anastasiadis nazirin istefasını qəbul edib.

İstefaya səbəb Sarrisin ölkənin hazırkı maliyyə problemlərini araşdıran komissiyanın fəaliyyətinə kömək etmək istəyi göstərilir.

Dünya Bankının keçmiş iqtisadçısı olan Mixalis Sarris 2005-2008-ci illərdə Kiprin maliyyə naziri olub. Ölkənin hazırkı hökumətində isə cəmi 37 gün çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR