Polis Akademiyasındakı seminar-müşavirə keçirilib

Polis Akademiyasındakı seminar-müşavirə keçirilib
# 21 fevral 2013 07:52 (UTC +04:00)

Bakı-APA. Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin təşkilatçılığı ilə Polis Akademiyasında şəhər-rayon polis idarələrinin müvəqqəti saxlama yerlərinin (MSY) rəisləri üçün “BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası” mövzusunda seminar-müşavirə keçirilib. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) rəhbəri Vüqar Məhərrəmov tədbirdə məruzə ilə çıxış edib.

Vüqar Məhərrəmov BMT-nin adı çəkilən Konvensiyası barədə ətraflı çıxış edib, milli qanunvericiliyin həmin Konvensiyaya uyğunlaşdırılması ilə bağlı Ombudsmanın fəaliyyəti haqqında məlumat verib. O, bu Konvensiyanın Fakültativ Protokolunun icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə milli preventiv mexanizm (MPM) qismində Müvəkkilin müəyyən edildiyini diqqətə çatdırıb.

Yekunda hüquq-mühafizə orqanları əməkdaşlarının hüquqi maarifləndirilməsinə, insan hüquqlarının daha səmərəli müdafiəsinə töhfəsini nəzərə alaraq, belə tədbirlərin və görüşlərin mütəmadi keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR