Ukraynadakı Azərbaycan diasporu ATƏT sədrinə müraciət ünvanlayıb

Ukraynadakı Azərbaycan diasporu ATƏT sədrinə müraciət ünvanlayıb
# 01 aprel 2013 10:07 (UTC +04:00)

UAK-dan APA-ya verilən məlumata görə, müraciətdə ATƏT ermənilərin indiyədək Azərbaycan xalqına qarşı yürütdüyü soyqırım və işğalçılıq siyasətinə qiymət verməməkdə ittiham olunub.

BMT və bir sıra beynəlxalq təşkilatlara da ünvanlanan müraciətdə beynəlxalq qurumlar Ukraynada yaşayan soydaşlarımız adından ikili standartlarından əl çəkməyə çağırılıb.

UAK-ın Kiyevdə 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş anım mərasimində çıxış edən UAK sədri Rövşən Tağıyev ermənilərin son iki əsrdə Azərbaycan xalqına qarşı həyata keçirdiyi mərhələli soyqırım və işğalçılıq siyasətini tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb. Konqres sədri aradan bir əsrə yaxın vaxt keçməsinə baxmayaraq dünya birliyinin və beynəlxalq təşkilatların xalqımıza yönəlik soyqrım aktına hüquqi siyasi qiymət verməməsini tarixi ədalətsizlik kimi qiymətləndirib.

Erməni daşnaklarının 95 il öncə Azərbaycanda törətdikləri misli görünməmiş vəhşiliklərdən söz açan Azərbaycan Ağsaqqallar Şurasının Ukraynadakı nümayəndəsi Firudin Məmmədov bu gündə erməni vəhşiliyinə göz yuman beynəlxalq hüquq və məhkəmə institutlarını ədalətli olmağa səsləyib.

SAMU sədri Anar Tahirov 1998-ci ildə Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 31 mart hadisələrinə siyasi-hüquqi qiymət verilməsinin tarixi əhəmiyyətindən danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR