Ötən il Rusiyadan MDB ölkələrinə 19,2 milyard dollar nağd pul aparılıb

Ötən il Rusiyadan MDB ölkələrinə 19,2 milyard dollar nağd pul aparılıb
# 12 mart 2013 09:04 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Mərkəz Bankının açıqladığı hesabatda bildirilib. Ümumilikdə keçən il Rusiyadan 48,5 milyard dollar nağd pul çıxarılıb.

Ən çox nağd pul aparılan bölgələrə Orta Asiya respublikaları başçılıq edir. Keçən il Rusiyadan Orta Asiya ölkələrinə 11 milyard 701 milyon dollar aparılıb. Özbəkistana 5 milyard 693 milyon, Tacikistana 3 milyard 651 milyon, Qırğızıstana 1 milyard 859 milyon, Qazaxıstana 461 milyon, Türkmənistana isə 37 milyon dollar nağd pul aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR