Biləcəri qəsəbəsində tiryəkxana aşkarlanıb

Biləcəri qəsəbəsində tiryəkxana aşkarlanıb
# 12 mart 2013 08:52 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Bakıda tiryəkxana aşkar edilib. Bakı Şəhər Baş Polis İdarəsindən APA- ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Biləcəri qəsəbəsi A. Zeynallı küçəsində yaşayanlar Svetlana İsmayılova və tanışı, əvvəllər məhkum olunan Elşən Kərimovun evində tiryəkxana aşkar olunub, ora narkotik maddələrin qəbulu üçün gələn Bakı şəhər sakinləri - əvvəllər məhkum olunan Zaur Bağırov, Anar Sərxanov və Samir Zərbəliyev saxlanılıblar. Mənzildən 1 qramdan artıq heroin, 5 ədəd şpris və digər vasitələr aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR