Bank Of Baku

Zakir Həsənov “Efes-2018” təlimlərində uğur qazanmış Azərbaycan hərbçilərini mükafatlandırıb

Zakir Həsənov “Efes-2018” təlimlərində uğur qazanmış Azərbaycan hərbçilərini mükafatlandırıb
# 09 may 2018 14:39 (UTC +04:00)

İzmir şəhərində keçirilən “Efes-2018” beynəlxalq təlimlərinin yekun mərhələsini izləmək məqsədilə Türkiyə Respublikasında səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərdə iştirak edən Azərbaycan hərbçiləri ilə görüşüb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təlimlərdə uğur qazanmış heyəti təbrik edən müdafiə naziri hərbçilərimizinbeynəlxalq tədbirdə göstərdikləri peşəkarlığı yüksək qiymətləndirərək onları mükafatlandırıb.

 

Qeyd edək ki, aprelin 11-də başlayan “Efes-2018” təlimlərində Azərbaycan Ordusu 100 nəfərdən artıq şəxsi heyətlə təmsil olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR