Balıqçılıq, qida təhlükəsizliyi və damazlıq heyvandarlıq sahələri üzrə normativ hüquqi aktların tələblərinə cavab verən balıqçılıq obyektləri ticarət dövriyyəsinə daxil edilə bilər.
APA xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Balıqçılıq haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, balıq məhsulları “Qida təhlükəsizliyi haqqında” qanuna uyğun olaraq qablaşdırılır və etiketlənir. Balıq məhsulları ticarət dövriyyəsinə daxil edilən zaman “Baytarlıq haqqında” qanuna uyğun olaraq baytarlıq sənədləri ilə müşayiət edilir. Balıqçılıq subyektləri tərəfindən balıq ovu və ya akvakultura fəaliyyəti nəticəsində əldə edilən balıq və digər su bioresursları ticarət dövriyyəsinə daxil edilməsi üçün onların mənşəyi, cinsi, növü, partiya miqdarı və partiya çəkisi, orta ölçüləri barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilir.
Balıq və digər su bioresurslarının ticarət dövriyyəsinə daxil edilməsi üçün informasiya sisteminə daxil edilən məlumatlar əsasında balıq və digər su bioresurslarının növ və həcminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), satılan məhsulun minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəzarət həyata keçirilir. Ticarət dövriyyəsinə daxil edilmiş balıqçılıq obyektlərinin satışı “Qida təhlükəsizliyi haqqında” qanuna uyğun olaraq, Qida Təhlükəsizliyi Reyestrinə daxil edilmiş kənd təsərrüfatı məhsullarının satış yerlərində, o cümlədən müvafiq avadanlıqlarla təchiz edilmiş bazar, yarmarka, mağaza və xüsusi ayrılmış digər yerlərdə həyata keçirilir. İxtisaslaşmış bazarların təşkili üçün torpaq sahələrinin ayrılması “Torpaq icarəsi haqqında” qanuna uyğun olaraq həyata keçirilir. İxtisaslaşdırılmış bazarların yerləşmə sxemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Layihəyə görə, balıq məhsullarının idxal və ixracı “Qida təhlükəsizliyi haqqında” qanunda nəzərdə tutulmuş qaydada (dondurulmuş və soyudulmuş balıq və digər su bioresurslarının ixracına münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla) həyata keçirilir. Balıq və digər su bioresurslarının, balıq körpələrinin və inkubasiya edilən kürülərin idxalı və ixracı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla həyata keçirilir. Ölkə ərazisinə idxal edilən və ölkə ərazisindən ixrac edilən törədici balıq və digər su bioresurslarının, balıq körpələrinin və inkubasiya edilən kürülərin damazlıq xüsusiyyətləri müvafiq icra hakimiyyət orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Qeyd edilib ki, balıq məhsullarının ticarət dövriyyəsinə daxil edilməsi prosesində şəffaflığın və nəzarətin artırılması məqsədilə məhsulların mənşəyi, növü, həcmi və digər göstəricilər üzrə məlumatların elektron sistemlərdə qeydiyyata alınması və izlənməsi mexanizmi müəyyən olunur ki, bu da həm qida təhlükəsizliyinin təmin edilməsinə, həm də bazar münasibətlərinin tənzimlənməsinə xidmət edir.
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Aqrar-sənaye kompleksi
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın artıb
Ötən əsrin 40-cı illərindən bu günə: Ev təsərrüfatlarının uçotu nəyə xidmət edir?
Komitə sədri: Kənd təsərrüfatı məhsullarına 10%-lik vergi çətinliklər yarada bilər
Azərbaycanda 10 ayda kənd təsərrüfatı məhsulu istehsalı 13 mlrd. manatı ötüb
Xəbər Lenti
Pentaqon hərbi peyklərin istehsalında ciddi problemlərlə üzləşib
Censen Huanq “Nvidia”nın rəhbərliyinə qayıtmağa hazır olduğunu açıqlayıb
Rusiya MN: Kemerovada hərbi təyyarə qəzaya uğrayıb, göyərtədə olan 19 nəfər ölüb - YENİLƏNİB-1
“Apple” xidmətlərinin fəaliyyətində dünya üzrə kütləvi nasazlıq yaranıb
Rütte: Ukraynanın “Starshield” sisteminə tam çıxışını bərpa etməyə çalışırıq
İsveç Ukraynaya əlavə 71 milyon dollar hərbi yardım ayırır
Vladimir Putin Çinə səfər edib
Fransada həmkarlar ittifaqlarının çağırışı ilə keçirilən etirazlarda 176 min nəfər iştirak edib - YENİLƏNİB
ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi şəbəkəsi sıradan çıxıb
Hakan Fidan: Məkkə paktına üzv ölkələrin növbəti görüşü Almaniyada baş tutacaq
Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb
Rusiya XİN: Ukraynada yerləşdiriləcək xarici qoşunlar Rusiyanın hədəfinə çevriləcək
Almaniyanın XİN rəhbəri: Azərbaycan Almaniya və Aİ üçün etibarlı tərəfdaşdır
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - YENİLƏNİB
Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib
Mark Rutte: Krım körpüsünə hücumun uğurlu olduğu görünür
Moldovanın hava məkanı Rusiya dronlarının hücumları səbəbilə bağlanıb
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək
İranın Qeşm adasında partlayışlar baş verib
Zelenski: ABŞ Avropanın sülh danışıqlarında iştirakı üzrə Rusiya ilə razılığa gəlib
Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
“Meridian Luks”, “Vegas City Hall”, “Sarı Gəlin” və daha 38 şadlıq sarayında nöqsanlar aşkarlanıb - FOTO - VİDEO
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı paylaşım edilib - VİDEO
Prezidentin sosial şəbəkə hesablarında Almaniyanın xarici işlər nazirinin qəbulu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
XİN rəhbərinin müavini Brüsseldə Aİ-nin nazirlər toplantısında iştirak edib
Lənkəranda 3 ailənin yaşadığı ev yanıb - FOTO
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib
AMB ilə İsveçrə Milli Bankı arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycanın Baş Qərargah rəisi gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq
Bu il Azərbaycanda 310 mindən çox daşınmaz əmlak çıxarışla təmin olunub
Litvalı kursantlar Vətən müharibəsində icra olunan əməliyyatlar barədə məlumatlandırılıb
Əmək məzuniyyətinin minimum müddətinin kompensasiya ilə əvəz olunması qadağan edilir
Uşağa qulluğa görə müavinət almaq hüququ yeni qaydada müəyyənləşəcək
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Deputat: Dəfn pulunun verilməsi prosesi uzundur, bir çox sənədlər tələb olunur
İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Zakir Həsənov Gürcüstan Müdafiə Qüvvələri komandanını qəbul edib
Gələn il üçün ehtiyac meyarı 314 manat olacaq
Azərbaycanda gələn il yaşayış minimumu 4,6 faiz artırılacaq
CENTCOM Bəhreyndə ABŞ radarlarının məhv edilməsi iddialarını təkzib edib
“İpək Yolu Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb