Qaradağ rayonunda daş karxanasında işləyən 49 yaşlı kişi yıxılaraq ölüb.
APA-nın məlumatına görə, hadisə ötən gün rayonun Qızıldaş qəsəbəsində baş verib.
Cəlilabad rayon sakini 1977-ci il təvəllüdlü Əkram Əliyev işlədiyi daş karxanasında ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.