Əlaəddin Burucerdi: “İranın uranı 20% zənginləşdirməsini dayandırmasına qarşılıq bütün sanksiyalar ləğv edilməlidir”

Əlaəddin Burucerdi: “İranın uranı 20% zənginləşdirməsini dayandırmasına qarşılıq bütün sanksiyalar ləğv edilməlidir”
# 25 fevral 2013 10:47 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “İranın uranı 20% zənginləşdirilməsini dayandırmağının qarşılığında bütün sanksiyalar ləğv edilməlidir”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdi deyib.

O bildirib ki, İrana qarşı ağır sanksiyaların tətbiq olunduğu bir şəraitdə Tehrandan uranın zənginləşdirilməsini dayandırmağını istəmək məntiqsizdir: “Hərçənd bu məsələ ilə bağlı İranın Ali Milli Təhlükəsizlik Şurası qərar çıxarmalıdır. Lakin şəxsi fikrimə görə, əgər nüvə müzakirələrində “altılıq” ölkələri uranın 20% zənginləşdirilməsini dayandırmağımızı istəsələr, gərək bunun müqabilində ölkəmizə qarşı bütün sanksiyaları ləğv etsinlər”.

Ə.Burucerdi əlavə edib ki, İranın gələcəkdə nüvə əməliyyatını daha yüksək faizlərdə davam etdirəcəyi istisna olunmur: “Gələcəkdə bəlkə də uranı 40-50% zənginləşdirməyə ehtiyacımız oldu. Əlbəttə, bunlar mənim şəxsi fikirlərimdir və son qərar Ali Milli Təhlükəsizlik Şurasına aiddir. Amma İranın uranı 20% zənginləşdirməsini dayandırmağının qarşılığı yalnız qızıl ticarəti ilə bağlı sanksiyaların ləğvi deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR