Naxçıvanda Regional Rabitə Təşkilatı və Beynəlxalq Telekommunikasiya İttifaqının toplantıları keçiriləcək

Naxçıvanda Regional Rabitə Təşkilatı və Beynəlxalq Telekommunikasiya İttifaqının toplantıları keçiriləcək
# 23 aprel 2013 11:52 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA-Economics. Aprelin 26-da Naxçıvanda MDB üzrə Regional Rabitə Təşkilatının rabitə iqtisadiyyatı komissiyasının 31-ci iclası keçiriləcək. APA-nın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin saytında bildirilib.

Komissiyanın iclasında Regional Rabitə Təşkilatına üzv ölkələrin milli qanunvericiliyin müxtəlif istiqamətləri, beynəlxalq çağırışların başa çatdırılmasına operatorlararası tariflərin unifikasiyası üzrə işlər, stasionar və mobil şəbəkələrdə çağırışların LRIC modeli əsasında qiymətinin hesablanması, Azərbaycanda İKT sektorunun və informasiya cəmiyyətinin inkişafının iqtisadi aspektləri müzakirə olunacaq. Eyni zamanda, operatorlararası mobil və stasionar rabitə xidmətləri bazarı təhlil ediləcək.

Bundan başqa, iclas zamanı rəqəmsal yayım xidmətlərinin tənzimlənməsi üzrə qaydalara, radiotezlik spektrinin və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi, insan resurslarının inkişaf etdirilməsi, İKT üzrə statistik göstəricilərin təkmilləşdirilməsi məsələlərinə baxılacaq.

Bununla eyni vaxtda, aprelin 24-26-da Naxçıvanda Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) «İKT göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması» mövzusunda üçgünlük seminarı keçiriləcək. Hər iki tədbirdə 14 ölkədən 33 nəfər nümayəndənin iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR