Heydər Əliyev Mərkəzi jurnalistlər arasında müsabiqə elan edib

Heydər Əliyev Mərkəzi jurnalistlər arasında müsabiqə elan edib
# 19 mart 2013 14:01 (UTC +04:00)

Bakı-APA. Heydər Əliyev Mərkəzi Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar jurnalistlər arasında «Azərbaycanın xarici siyasətdə ən böyük nailiyyəti», «Azərbaycan – beynəlxalq layihələrin təhlükəsiz ünvanı», «Azərbaycanın xarici siyasətinin prioritetləri» mövzularında yazı müsabiqəsi elan edir. Mərkəzdən APA-ya verilən məlumata görə, müsabiqəyə göndərilən məqalələr bu mövzulardan birini əhatə etməli, araşdırma xarakterli olmalıdır. Yazılar 12 ölçülü Times New Roman şriftində, 8-9 min çap işarəsi həcmində təqdim edilməlidir. Məqalələr Azərbaycan, rus və ingilis dillərində ola bilər.

1-ci yerin qalibi üçün 1 ədəd masaüstü kompüter və 1 ədəd planşet kompüter, 2-ci yerin qalibi üçün 1 ədəd noutbuk, 3-cü yerin qalibi üçün 1 ədəd planşet kompüter mükafat nəzərdə tutulub.

Müsabiqədə fərqlənən daha 10 nəfərə həvəsləndirici mükafat-mini planşet kompüter təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR