Prezident İlham Əliyevə Türk Hava Qurumu Universitetinin fəxri doktoru adı verilib

Prezident İlham Əliyevə Türk Hava Qurumu Universitetinin fəxri doktoru adı verilib
# 19 mart 2013 19:15 (UTC +04:00)

Bakı-APA. Türk Hava Qurumu Universitetinin Senatı Azərbaycan prezidenti İlham Əliyevə universitetin fəxri doktoru adının verilməsi haqqında qərar qəbul edib. APA-nın “AzərTAc”a istinadən verdiyi xəbərə görə, universitetin məlumatında bildirilir ki, prezident İlham Əliyevin həyata keçirdiyi siyasət türk dövlətlərinin birliyinin möhkəmlənməsinə xidmət edir, türkdilli xalqlar arasında əlaqələrin inkişafına dəyərli töhfələr verir.

Türk Hava Qurumu Universitetinin fəxri doktoru diplomu martın 19-da Azərbaycan prezidenti Administrasiyasına təqdim edilib.

Qeyd edək ki, Türk Hava Qurumu Universiteti aviasiya və kosmos sahəsində peşəkar texniki kadrların hazırlanması üzrə ixtisaslaşıb. Universitet 2011-ci ildə yaradılıb. Dünyanın ən yaxşı pilotlarını, aviasiya mühəndislərini yetişdirən Türk Hava Qurumu Universiteti Türkiyənin aviasiya və kosmos elmləri sahəsində ilk və yeganə ali təhsil müəssisəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR