Ayətullah Xamneyi İranda prezident və spiker arasında yaranmış qalmaqalı pisləyib

Ayətullah Xamneyi İranda prezident və spiker arasında yaranmış qalmaqalı pisləyib
# 16 fevral 2013 16:04 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın ali dini lideri Ayətullah Əli Xamneyi prezident Mahmud Əhmədinejadla parlamentin sədri Əli Laricani arasında baş verən siyasi qalmaqalı pisləyib. APA-nın İSNA-ya istinadən məlumatına görə, ayətullah keçən həftə baş verən bu hadisənin milləti və ziyalıları narahat etdiyini deyib.

Ayətullah Xamneyi bildirib ki, bu hadisə onun özünü də narahat edib: «Təəssüf ki, bu macərada bir orqanın rəhbəri əlində rəsmi dəlil və sübut olmadan başqa iki orqanın - parlament və məhkəmə rəhbərlərini ittiham edib. Bu çox pis və yalnış bir işdir. Eləcə də qanuna və əxlaqa ziddir. Çünki baş verənlər millətin həyatına basqı göstərir. Halbuki rahat yaşamaq insanların hüququdur. Bu, yaxşı hərəkət deyil və İrana yaraşmaz. Odur ki, baş verənlər məni iki tərəfdən narahat edir. Birincisi hadisənin baş verməsi, digəri isə bundan millətin narahat olmasıdır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR