Dəməşqin ətrafında iki fələstinli hakimiyyətlə əməkdaşlıq etdiklərinə görə edam olunub

Dəməşqin ətrafında iki fələstinli hakimiyyətlə əməkdaşlıq etdiklərinə görə edam olunub
# 03 mart 2013 01:09 (UTC +04:00)

Bakı-APA. Martın 2-də Suriyada iki fələstinli Bəşər Əsəd rejimi ilə əməkdaşlıq etdiklərinə görə edam olunub. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, üsyançılar onları Suriya paytaxtından 10 km aralıda fələstinli qaçqınların yerləşdiyi “Yarmuk” düşərgəsində asıblar.

İki fələstinli Suriya ordusuna üsyançıların mövqeləri barədə məlumat ötürməkdə günahlandırılıb. Onlar ağacdan asılaraq edam olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR