İran yeni tanklar istehsal edib

İran yeni tanklar istehsal edib
# 03 fevral 2013 14:05 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran yeni tanklar istehsal edib. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, “Zülfüqar” və “Samsam” tankları “Şəfəqdə on gün”, yəni 1979-cu il islam inqilabı mərasimləri çərçivəsində ictimaiyyətə təqdim olunacaq.

Tanklar fevralın 4-də İran Quru Qoşunlarının komandanı, general-mayor Əhmədrza Purdəstanın qatılacağı xüsusi mərasimdə nümayiş etdiriləcək. İran Silahlı Qüvvələrinin komandanlarının əksəriyyətinin iştirak edəcəyi tədbirdə həmçinin bir sıra hərbi məhsullar da ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, İran bundan əvvəl İran prezidenti Mahmud Əhmədinejad və müdafiə naziri Əhməd Vahidinin iştirakı ilə yerli istehsal olan “Qaher-313” qırıcı təyyarəsini nümayiş etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR