İranda azərbaycanlı fəal azadlığa buraxılıb

İranda azərbaycanlı fəal azadlığa buraxılıb
# 15 mart 2013 09:01 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İranda azərbaycanlı fəal azadlığa buraxılıb. APA-nın “Oyannews”a istinadən məlumatına görə, Davud Əzimzadə martın 14-də 500 milyon rial zəmanətlə azadlığa buraxılıb.

Qeyd edək ki, azərbaycanlı fəal 2012-ci il dekabrın 27-də Marağa şəhərində İranın Şərqi Azərbaycan vilayətinin təcavüzkar Ermənistanla əlaqələrini genişləndirməsinə etiraz olaraq keçirilmiş aksiyada iştirak etdiyi üçün həbs olunub.

D.Əzimzadə həbs müddətinin yarısını İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) təcridxanasında keçirib. Azərbaycanlı fəalın ağır işgəncələrə məruz qaldığı, burun və qulaq nahiyələrindəki ağrılardan əziyyət çəkdiyi bildirilir. D.Əzimzadənin müdafiəsini vəkil Fatimə Səttari öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR