Əli Həsənov Ağdamda səfərdədir

Əli Həsənov Ağdamda səfərdədir
# 04 iyul 2014 11:07 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu - APA. Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Ağdam rayonuna səfər edib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ə.Həsənov Ağdamda 632 məcburi köçkün ailəsi üçün yeni salınan qəsəbədə aparılan tikinti-quruculuq işlərinin keyfiyyəti ilə maraqlanıb.

Xatırladaq ki, Ağdam rayonunun İmamqulubəyli kəndi ərazisində məcburi köçkünlər üçün yeni qəsəbə salınır. 632 evdən ibarət yaşayış massivində 50 ədəd birotaqlı, 296 ədəd ikiotaqlı, 242 ədəd üçotaqlı, 44 ədəd dördotaqlı yaşayış evi inşa olunub.

Qəsəbədə 440 yerlik orta məktəb, 50 yerlik uşaq bağçası, 1 ədəd inzibati bina, 1 klub, 1 ambulatoriya, bir poçt binası tikilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR