Prezident Administrasiyası rəhbərinin müavini: “Avropa qaçqın və məcburi köçkün məsələsində Azərbaycanın təcrübəsini öyrənə bilər”

Prezident Administrasiyası rəhbərinin müavini: “Avropa qaçqın və məcburi köçkün məsələsində Azərbaycanın təcrübəsini öyrənə bilər”
# 20 noyabr 2015 12:51 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Bir il ərzində Avropaya 800 minə qədər qaçqın gəlib və görün bu, hansı problemlərə səbəb olub. ABŞ-da da artıq müzakirə edirlər ki, Suriya və İraqdan qaçqın qəbul etməsinlər".

APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N. Məmmədov Azərbaycanın üzləşdiyi qaçqın problemindən danışıb: "Azərbaycan Qarabağ münaqişəsi nəticəsində 1 milyon qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qaldı. Ölkəmiz o çətin dövrdə bu problemin öhdəsindən bacarıqla gəldi. Avropa Azərbaycanın bu sahədə təcrübəsini öyrənə bilər. Ancaq Azərbaycanın bir dəfə də adını çəkmirlər. Azərbaycan Avropa ilə "Şərq Tərəfdaşlığı" çərçivəsində əməkdaşlıq edirsə, biz Assosiasiya sazişi təklif edirlərsə, niyə Azərbaycanın qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri qeyd etmirlər? Həmin dövlətlərin bəzi qurumları ildə bir neçə dəfə Azərbaycanla bağlı müxtəlif məsələlərə dair bəyanatlar verir. Bəs bu qurumlar niyə qaçqın və məcburi köçkünlərimizin hüquqlarının pozulmasından danışmır? Azərbaycandakı siyasi muzdurları müdafiə edirlər. O dövlətlərin qurumları qaçqın və məcburi köçkünlərimizin pozulmuş hüquqları, torpaqlarımızın işğalı, BMT qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilməməsi ilə bağlı da bəyanat versinlər. Bunlar olmayanda, Azərbaycanla münasibət qurmaq çətin olur. Bu, Qərbin səhvi, məsələlərə tam ədalətlə yanaşmamasının nəticəsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR