Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yeni direktoru: “Ermənilərin uçuşlar məsələsini gündəmə gətirməsi təxribatdır”

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yeni direktoru: “Ermənilərin uçuşlar məsələsini gündəmə gətirməsi təxribatdır”
# 14 fevral 2013 09:00 (UTC +04:00)

Bu barədə APA-ya açıqlamasında Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMA) yeni direktoru Fuad Quliyev bildirib.

«Onlar dəfələrlə bu tip bəyanatlar veriblər. Amma heç bir uçuş olmayıb. Düşünürəm ki, son günlərdə bu məsələnin yenidən gündəmə gətirilməsi provokasiya xarakteri daşıyır», - deyə ADMAA direktoru vurğulayıb.

F. Quliyev ADMAA-nın bu məsələni diqqətdə saxladığını və daim beynəlxalq təşkilatlarda qaldırdığını, prosesin bundan sonra da davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan tərəfi işğal altındakı ərazilərinə uçuşların yolverilməz olduğunu, bunun qarşısının istənilən yolla alınacağını açıqlayıb. Rəsmi Bakı bu məsələdə hətta fiziki məhvetmə tədbirlərinə əl atılacağını da istisna etmir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR