AGP Azərbaycan nümayəndəliyi: Baş ofis Ermənistan nümayəndəliyinin işğal olunmuş Azərbaycan torpaqlarında tədbir keçirmək cəhdi barədə məlumatlandırılıb

AGP Azərbaycan nümayəndəliyi: Baş ofis Ermənistan nümayəndəliyinin işğal olunmuş Azərbaycan torpaqlarında tədbir keçirmək cəhdi barədə məlumatlandırılıb
# 03 iyul 2015 12:10 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Avropa Gənclər Parlamentinin (ACP) Azərbaycan nümayəndəliyinin İdarə Heyətinin üzvü Tayfun Qüdrətli deyib.

Qeyd edək ki, AGP Ermənistan nümayəndəliyi beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər təşkil etmək məqsədi ilə “Artsax Respublikasında Təhsil Səyahəti (STAR)” adlı yeni layihəyə start verdiyini elan edib və bu barədə məlumat AGP-in saytında yerləşdirilib.

Qeyd edilib ki, AGP Ermənistan təşkilatının məzunlar bölməsi 22-26 avqust 2015-ci il tarixlərində “Artsax Respublikasında Təhsil Səyahəti” layihəsini həyata keçirir və layihəyə dünyanın müxtəlif ölkələrindən 100-dən çox iştirakçı qatılacaq. Layihə çərçivəsində iştirakçıların parlament binasına səfəri, “Artsax Respublikası”nın “baş naziri” və “xarici işlər naziri” ilə görüşü planlaşdırılır.

T. Qüdrətli bildirib ki, AGP Ermənistan nümayəndəliyi bununla AGP-nin bitərəflik , non-partisan prinsiplərinə zidd olmaqla qeyri-hökumət təşkilatı adı altında siyasi fikirlər yürütməyə başlayıb: “Bu layihənin Avropa Gənclər Parlamentinin Baş ofisi ilə heç bir əlaqəsi yoxdur və AGP Ermənistan nümayəndəliyinin şəxsi təşəbbüsüdür. Bununla bağlı AGP-nin Baş ofisinə nümayəndəliyimiz tərəfindən məktub yollanıb və AGP Ermənistan nümayəndəliyinin işğal olunmuş Azərbaycan torpaqlarında keçirməyə cəhd etdikləri tədbir barədə Baş Ofis məlumatlandırılıb. AGP-nin Baş Ofisi Ermənistan nümayəndəliyi barədə ölçü götürəcək və AGP-nin ideya və prinsiplərinə zidd olan heç bir tədbirin keçirilməsinə icazə verməyəcək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR