ASAIF-in Roma Forumu keçirilir

ASAIF-in Roma Forumu keçirilir
# 28 mart 2013 12:01 (UTC +04:00)

Bakı – APA. Roma (İtaliya) şəhərində “Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu”nun (ASAIF) növbəti tədbiri işə başlayıb.

APA-nın xəbərinə görə, bu forumun keçirilməsində əsas məqsəd dünyanın bir çox nüfuzlu ali məktəblərində təhsil alan və məzun olmuş gənclərin milli-mənəvi dəyərlərimiz ətrafında birləşərək Azərbaycanın xaricdə təbliğinin səmərəli təşkilini təmin etmək, şəbəkələşmə prosesini gücləndirmək, informasiya mübadiləsində, təbliğat işinin interaktiv həyata keçirilməsində gənclərimizə dəstək olmaq, onların problemləri ilə maraqlanmaq və onların operativ həll olunması üçün uyğun şərait yaratmaq, dövlət rəsmiləri ilə gəncləri bir araya gətirərək onlar arasında dialoqu təmin etmək, illərlə qazanılmış təcrübələrin bölüşdürülməsi üçün ortaq platforma qurmaq, eyni zamanda İtaliya-Azərbaycan gənclər təşkilatlarının səmərəli münasibətlərinin inkişafı istiqamətində gənclərin fəallığını artırmaqdır.

Forumda 45 ölkədən 550 Azərbaycan gənci, həmçinin İtaliyanın müxtəlif nüfuzlu gənclər təşkilatlarını təmsil edən 20-dən çox italiyalı gənc iştirak edir. Açılış mərasimində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, təhsil nazirinin müavini Qulu Novruzov, Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov, Azərbaycan-İtaliya Assosiasiyasının rəhbəri Paola Casagrande, Azərbaycan-İtaliya Ticarət İnstitutunun rəhbəri Mauela Traldi çıxış edib.

Forumda Dövlət Neft Fondunun, Strateji Araşdırmalar Mərkəzinin, Milli Məclisin, Azərbaycanın xarici ölkələrdəki diplomatik korpusunun nümayəndələri, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının nümayəndə heyəti, o cümlədən bir çox dövlət rəsmiləri iştirak edir. Forumda Ermənistan-Azərbaycan münaqişəsi ətrafında real vəziyyət, danışıqlar prosesinin perspektivləri, KİV və ictimai diplomatiya vasitəsilə Azərbaycanın mövqeyinin təşviq edilməsi, insan kapitalı və digər mövzular üzrə çıxışlar olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR