Son 4 gün ərzində çaylarda sululuq artıb

Son 4 gün ərzində çaylarda sululuq artıb
# 01 fevral 2013 13:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-220, Kiçik Qafqazın çaylarında 50-160, Lənkəran-Astara bölgəsi çaylarında 70-250, Naxçıvan MR çaylarında isə 55 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, son 4 gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 9 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 157 m3/s olmaqla, ongünlük normanın 95 faizini təşkil edir. Son 4 gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 73 m3/s olmaqla, ongünlük normanın 106 faizini təşkil edir.


Son 3 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 26 sm, Şirvanda 19 sm, Bankədə 6 sm, Araz çayının Novruzlu məntəqəsində 25 sm artım, Salyanda isə son 3 gün ərzində dəyişiklik qeydə alınmayıb, lakin fevralın 01-də suyun səviyyəsində 2 sm artım müşahidə edilib. Səviyyələrin artmasına baxmayaraq? hazırda sabit sululuq müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR