Bakı. Rəşad Süleymanov - APA. Sentyabr ayında Bakıda keçiriləcək “ADEX-2014” beynəlxalq müdafiə sənayesi sərgisinə Cənubi Afrika Respublikasından (CAR) geniş tərkibli heyətin qatılması planlaşdırılır.
Bu barədə APA-ya CAR-ın Müdafiə Nazirliyindən məlumat verilib.
Sərgiyə CAR-ın Müdafiə Nazirliyindən və CAR Silahlanma Korporasiyasından (ARMSCOR) yüksək vəzifəli nümayəndə heyətlərinin ziyarətçi qismində qatılması gözlənilir.
“