Parisdə MDB-nin neft-qaz sammiti keçiriləcək

Parisdə MDB-nin neft-qaz sammiti keçiriləcək
# 10 aprel 2013 09:49 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA-Economics. Mayın 21-23-də Parisdə MDB-nin XIII Neft-Qaz Sammiti keçiriləcək.

APA_Economics”in xəbərinə görə, toplantıda MDB ölkələri hökumətlərinin və Avropa Komissiyasının nümayəndələri, şirkət rəhbərləri, ARDNŞ, “BP Azerbaijan”, “Gazprom”, “Shtokman Development AG”, “Wintershall”, “Statoil”, TOTAL və digər şirkətlərin təmsilçiləri iştirak edəcək.

“Cənub dəhlizi”, Azərbaycan təbii qazının Avropaya nəqli və nəqlin mümkün həcmləri mövzularının da müzakirə olunacağı sammitdə “Nabucco” konsorsiumunun prezidenti Reynhard Mitçek, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia, Rusiya Dövlət Dumasının energetika komitəsinin sədri İvan Qraçov və başqaları çıxış edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR