Azərbaycanda xam neft və təbii qaz istehsalı 1%-ə yaxın artıb

Azərbaycanda xam neft və təbii qaz istehsalı 1%-ə yaxın artıb
# 13 avqust 2016 08:39 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 11,5 mlrd. manat olmaqla əvvəlki ilin yanvar-iyul aylarına nisbətən 0,9% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 24,7 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 11 mlrd. kubmetr təşkil edib.



Bu ilin 7 ayı ərzində ölkədə 24 700,4 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, 2015-ci ilin yanvar-iyul aylarına nisbətən 0,7% çoxdur. Nəticədə bu ilin avqustun 1-ə 369,1 min ton hazır məhsul ehtiyatı yaranıb. Bunun 24 670,1 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 0,7% çoxdur.


Bu ilin yanvar-iyul ayları ərzində ölkədə 17 460,8 mln kubmetr təbii qaz istehsal olunub. Bu, 2015-ci ilin yanvar-iyul aylarının göstəriciləri ilə müqayisədə 0,9% çoxdur. Nəticədə bu ilin avqustun 1-nə 1 097,1 min kubmetr hazır məhsul ehtiyatı yaranıb. Bunun da 11 015,4 mln. kubmetr əmtəəlik təbii qazdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR